Bia.Az

“Azenko”nun direktoru yol qəzasında öldü

Hadisə
 28-07-2020, 11:14     370

Abşeron rayonunun Qobustan kəndi ərazisində “Nissan” markalı minik avtomobili yol kənarına aşıb. 
Yenisabah.az xəbər verir ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Onlar sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
APA-nın məlumatına görə, həmin şəxs Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Zəkəriyyə Zaxar oğlu Poladovdur. Zəkəriyyə Poladov “Azenko” MMC-nin direktorudur.
Faktla bağlı araşdırma aparılır.

BİA.az
скачать dle 12.1