Azərbaycanda azyaşlı qızını nigaha məcbur edən ata həbs edilib
Turan: Azərbaycanımn Sabirabad rayonu Məmişli kəndində azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata həbs edilib.
Daxili Işlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına görə, qızın atası Mübariz Quliyev cinayət məsuliyyətinə cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 176-1.2 (qadını nikaha daxil olmağa məcbur etmə – nikah yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Onun haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Mübariz Quliyevin ittiham olunduğu maddədə 3 min manatdan 4 min manata qədər cərimə və ya 4 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Bir necə gün əvvəl mətbuatda Quliyevin 12 yaşlı qızının özündən 20 yaş böyük kişi ilə nişanlanması barədə məlumatlar yayılmışdı.