Bia.Az

SON DƏQİQƏ! Qaydaları pozan Rüfət Axundov SAXLANILDI - Görün hansı CƏZA VERİLDİ

Hadisə
 18-12-2023, 02:28     400

Müğənni Rüfət Axundovun idarə etdiyi avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb və müvəqqəti mühafizə olun duracağa yerləşdirilib.
Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim ediləcək.

Qeyd edək ki, Rüfət Axundov yol-hərəkət qaydalarına əməl etməyib. Müğənni Bakıda aeroport yolunda sürət həddini aşıb. Mərdəkan istiqamətində hərəkətdə olan R.Axundov sözügedən yolda maksimal sürət həddi 90 olduğu halda, avtomobili 127 km/saatla sürüb. Bundan başqa o, yağışlı havada "sürüşkən yol" xəbərdarlığına da məhəl qoymayıb. Müğənni bunu əks etdirən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.скачать dle 12.1