Bia.Az

Sumqayıtda ağır qəza: polis əməkdaşı öldü

Hadisə
 17-12-2023, 01:12     531

Dekabrın 16-da saat 23 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Axar.az-a bildirilib ki, KİA və BMV markalı avtomobillər toqquşub.

Nəticədə BMV markalı şəxsi avtomobildə sərnişin olan polis nəfəri 1990-ci il təvəllüdlü İlqar Sadıqov hadisə yerində həyatını itirib. Avtomobillərin sürücüləri xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.скачать dle 12.1