Bia.Az

Bakıda “Prius”la vurulan “Oba” marketin müdiri imiş - FOTO

Hadisə
 16-12-2023, 21:38     393

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Toyota Prius” markalı avtomobil piyadanı vuraraq öldürüb.

Musavat.com xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsindəki “Kaspi” liseyinin qarşısında baş verib.

Yolu keçən piyada, 1995-ci il təvəllüdlü Sadiq Rizvan oğlu Məmmədovu Polad Yusif oğlu Cahangirov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Qəzada dünyasını dəyişən Sadiq Məmmədovun Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “Oba” marketlərindən birinin müdiri olduğu bildirilir.
PRİUS .png (257 KB)
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.скачать dle 12.1