Bia.Az

İlknur elə orada həbs edildi - Bacılara hökm oxundu

Hadisə
 5-12-2023, 14:23     331

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə külli miqdarda dələduzluqda ittiham olunan YAP Gənclər Təşkilatının keçmiş sədr müavini, Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkuta hökm oxunub.

Musavat.com xəbər verir ki, Aytac Əliyeva 7 il, İlknur Turkut isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə istintaqı dövründə ev dustağı olan İlknur Turkut məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, prokuror Aytac Əliyevanın 9 il, İlknur Turkutun isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Xatırladaq ki, bacılar 2021-ci ildə saxlanılaraq istintaqa cəlb olunublar. Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri, İlknur Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunublar. İttihama görə, bacılar özlərini qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan geniş əlaqələrə sahib şəxslər kimi təqdim edib və zərərçəkmişləri qızıl alverindən yaxşı gəlir götürəcəklərinə inandırıblar. İttihamda qeyd edilir ki, bacılar 9 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluq ediblər. Amma özlərini təqsirli bilmədiklərini deyirlər.скачать dle 12.1