Bia.Az

Kəlbəcərdə "Niva" aşdı: ölən var

Hadisə
 28-11-2023, 18:36     370

Kəlbəcərdə maşın aşıb, ölən var.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Axar.az-a bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Yanşaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayon sakini, 1969-cu il təvəllüdlü Adil Həsənov "Niva" markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb və nəticədə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1