Bia.Az

Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə öldü - FOTO

Hadisə
 23-11-2023, 12:19     383

Təkərin partlaması 24 yaşlı gəncin ölümünə səbəb olub.

Gununsesi.info xəbər verir ki, Şabranın Dəvəçi kəndində yerləşən təkər təmiri sexində faciə baş verib. Təkərin partlaması 24 yaşlı gəncin ölümünə səbəb olub.

Mərhumun yaxınları bildirib ki, Vətən müharibəsinin iştirakçısı olan Rafael Əzimov təmir sexinin daimi işçisi olmayıb. Orada vaxtaşırı olaraq qardaşına kömək edib.

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.
скачать dle 12.1