Bia.Az

Lənkəranda FACİƏ: 35 yaşlı kişi ÖLDÜ

Hadisə
 27-09-2023, 17:31     436

Lənkəranda üzərinə su çəni aşan 35 yaşlı kişi ölüb.

Məlumata görə, hadisə rayonun Nərimanabad qəsəbəsində baş verib. Qəsəbə sakini, 1988-ci il təvəllüdlü Elvin Tariyel oğlu Əliyev həyətində iş görərkən, ehtiyatsızlıqdan su çəni onun üzərinə düşüb. E.Əliyev xəstəxanaya çatdırılarkən yolda ölüb.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.//APAскачать dle 12.1