Türkiyədə qanlı olay: parkda 4 nəfər güllələndi

Türkiyənin Adana şəhərində silahlı insident olub.
Axar.az yerli mediaya istinadən xəbər verir ki, naməlum motosikletçilər parkda əyləşən bir neçə nəfərə silahlı hücum təşkil ediblər. Hadisə zamanı 4 nəfər güllə yarası alıblar.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan 2-sinin vəziyyətinin ağır olduğu bildirilir.
Polis hadisəni törədən şübhəlilərin axtarışına başlayıb.