İspaniyada 4 ton kokain müsadirə edilib
İspaniyanın hüquq-mühafizə orqanları narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə əməliyyat tədbirləri nəticəsində 4 ton kokain müsadirə ediblər.
“bia.az” “TASS”a istinadən xəbər verir ki, bu barədə Krallığın milli polisi məlumat yayıb.
Narkotik maddələri daşıyan gəmi Toqo bayrağı altında İspaniyanın Qalisiya Muxtar Birliyinin sahillərinə gələn zaman beynəlxalq sularda saxlanılıb.
Əməliyyat nəticəsində 15 ekipaj üzvü də daxil olmaqla 28 nəfər tutulub.