Bia.Az

Vəkil oğurlanması barədə xəbərə münasibət bildirdi

Hadisə
 10-08-2023, 01:20     404

Sosial şəbəkələrdə vəkil Solmaz Kazımovanın oğurlanması barədə məlumat yayılıb. İddia olunur ki, naməlum şəxslər vəkilin evində axtarış aparıb, daha sonra onu naməlum istiqamətdə aparıblar.

S.Kazımova e-huquq.az-a açıqlamasında yayılan xəbərləri təkzib edib.

"Mən özüm də həmkarlarımdan eşitdim ki, sosial şəbəkələrdə haqqımda belə bir xəbər yayılıb. Qeyd etmək istərdim ki, yazılanlar tamamilə əsassızdır. Nə evimdə axtarış aparılıb, nə mən harasa aparılmışam. Sadəcə bir neçə saat ərzində nömrəmə zəng çatmadığı üçün müvəkkillərimdən biri mənimlə əlaqə saxlaya bilməyib və narahat olub. Daha sonra ona mənimlə bağlı yanlış informasiya veriblər, nəticədə belə bir həqiqətə uyğun olmayan xəbər yayılıb", - deyə vəkil qeyd edib.скачать dle 12.1