Bia.Az

Sumqayıtda 37 yaşlı kişi bıçaqlanaraq öldürülüb - YENİLƏNİB

Hadisə
 27-04-2020, 10:40     386

Sumqayıtda 37 yaşlı kişi bıçaqlanaraq öldürülüb - YENİLƏNİBSumqayıtda bıçaqlanan 37 yaşlı kişi ölüb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, həkimlər iş yoldaşı tərəfindən bıçaqlanan Xəlilov Ramil Oruc oğlunun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü R.Xəlilov Elxan adlı iş yoldaşı tərəfindən bıçaqlanıb.

Ona beşdən çox bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və orada vəfat edib.

İlkin məlumata görə, hadisəyə nalayiq ifadə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

26.04.2020***23:07

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Ramil adlı şəxs (soyadı dəqiqləşdirilir-red) Elxan adlı iş yoldaşı tərəfindən bıçaqlanıb.

Ona beşdən çox bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyata alınıb. Həkimlər yaralının vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1