Bia.Az

Milli Hidrometeorologiya Departamentinin əməkdaşı iş otağında İNTİHAR etdi

Hadisə
 15-07-2023, 19:29     409

Milli Hidrometeorologiya Departamentinin əməkdaşı iş yerində intihar edib.

Musavat.com-un “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Binə Hidrometeorologiya Stansiyasında baş verib.

Həmin stansiyada meteorologiya texniki vəzifəsində çalışan 1986-cı il təvəllüdlü Elşən Salmanov iş otağında özünü asıb. Onun asılı vəziyyətdə qalmış meyitini iş yoldaşları aşkar edərək aidiyyəti üzrə məlumat veriblər.


Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.скачать dle 12.1