Bia.Az

Oğuzda güclü külək: Qaraməryəm-Şəki yolu bağlandı

Hadisə
 4-06-2023, 01:50     346

Oğuz rayonunda külək fəsadlar törədib.

Axar.az Report-a istinadən xəbər verir ki, bu gün gecə saatlarında Oğuz rayonunda əsən güclü külək nəticəsində iri gövdəli ağac magistral yola aşıb.

Nəticədə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Calut kəndi ərazisindən keçən hissəsi bağlanıb. Bundan başqa, aşan ağac elektrik naqillərini də qırıb, yaxınlıqda yaşayan 20 ailəyə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda aşan ağaca görə, avtomobillər yolda qalıb. Ağacın yoldan götürülməsi istiqamətində işlər aparılırскачать dle 12.1