Qəzada ölən qız və oğlan Bakıya nişan üzüyü almağa gedirmiş

Qobustanda 5 nəfərin öldüyü yol qəzası ilə bağlı bəzi məqamlar məlum olub.
Yenipress.az APA-ya istinadən xəbər verir ki, bu gün hadisə nəticəsində dünyasını dəyişən iki nəfər 2000-ci il təvəllüdlü Əmrah Nuriyev və 2006-cı il təvəllüdlü Səmayə Talıbovanın yaxın günlərdə nişan mərasimi olacaqmış.
Onlar Bakıya nişan üzüyü almaq üçün gəlirmiş. Qəzada xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Əmrah Nuriyevin anasıdır.