Bia.Az

Zaqatalada məktəbi ildırım vurdu: yanğın başladı - Video

Hadisə
 13-05-2023, 23:27     310

Zaqatalada orta məktəb binasında yanğın olub.

Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

"112" qaynar telefon xəttinə Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən orta məktəb binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.


Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində məktəbin dam örtüyündə baş verən yanğın sinif otaqlarına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Qeyd edək ki, yanğın məktəbi ildırım vurması nəticəsində baş verib.скачать dle 12.1