Bia.Az

Vəkilini həbsdəki partiya sədrinin yanına buraxmırlar – ETİRAZ

Hadisə
 4-05-2023, 13:31     307

Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədlinin həbsindən iki həftə keçməsinə baxmayaraq, indiyədək vəkili ilə görüşə bilməyib”.

Turantv.AZ bildirir ki, bu bəyanatla adıçəkilən partiya çıxış edib.

Bəyanatda bildirilir ki, vəkil Hikmət Əliyev Bakı Apellyasiya Məhkəməsində Anar Əsədlinin şikayəti üzrə keçirilən prosesdə iştirak etsə də, onun müdafiə etdiyi şəxslə Bakı İstintaq təcridxanasında görüşməsi mümkün olmayıb:

“Bakı İstintaq təcridxanası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işlərində təqsirləndirilən şəxslə vəkilinin görüşə bilməsi üçün mütləq müstəntiqin də məktubunu tələb edir.

İdarənin müstəntiqi Ramil Məmmədov isə müxtəlif bəhanələrlə bu məktubu verməkdən boyun qaçırır.

Artıq vəkil məsələ ilə əlaqədar aidiyyəti qurumlara şikayət məktubları ünvanlayıb”.скачать dle 12.1