Bia.Az

Narkoloji dispanserdə müalicə alan kişi bıçaqlandı

Hadisə
 19-04-2023, 09:37     330

Bakıda Respublika Narkoloji Dispanserdə bıçaqlanma olub.

Axar.az xəbər verir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji dispanserin mətbəx otağında nahar edərkən, məhkəmə qərarları əsasında məcburi müalicə alan 21.03.1986-cı il təvəllüdlü Seymur Bəxtiyar oğlu Əzizov, heç bir əsaslı səbəb olmadan 15.12.1979-cu il təvəllüdlü Əziz Fərzulla oğlu Məhərrəmova arxa tərəfdən yaxınlaşaraq qəflətən qarın nahiyəsindən daxilə nüfuz edən 01 ədəd, daha sonra qol və ayaq nahiyələrindən bıçaq xəsarəti yetirib.


Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.скачать dle 12.1