Bia.Az

2 yaşlı uşağını öldürməyə cəhddə ittiham olunan ataya AĞIR CƏZA

Hadisə
 12-04-2023, 16:58     262

Bakıda 2 yaşlı uşağını və qayınanasını bıçaqlamaqda ittiham olunan şəxsə ağır cəza verilib.

Musavat.com xəbər verir ki, Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül, 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən zərbə endirib, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Hadisə 2022-ci ilin noyabr ayında baş verib.

Saqi Kərimova qarşı qəsdən adam öldürməyə cəhd və qəsdən sağlamlığa zərər vurma maddələri ilə ittiham elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Kərimov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Kərimov ailəsindən ayrıldıqdan sonra qayınanası ilə münasibətləri pisləşib. Saqi Kərimov qayınanasının evinə gələrək onu və uşağını bıçaqlayıb.


Kərimov uşağı bıçaqlamaq niyyətinin olmadığını deyib.скачать dle 12.1