Bia.Az

Zabratda nişan məclisində faciə- 23 yaşlı oğlan öldü

Hadisə
 13-03-2023, 13:12     217

Bakı şəhəri, Sabunçu rayonunda spirtli içkidən zəhərlənən gənc ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə martın 11-də gecə saatlarında Zabrat qəsəbəsindəki “Ayxan” şadlıq evində baş verib.
Burada keçirilən nişan mərasimində iştirak edən 2000-ci il təvəllüdlü K.Q. spirtli içkidən zəhərlənib və halı qəfil pisləşib. O, şadlıq evindən xəstəxanaya aparılarkən yolda ölüb.


Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1