Daha bir azərbaycanlı hərbçi həlak oldu

Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi - baş əsgər İlkin Hacıyev həlak olub.
Yenipress.az xəbər verir ki, o, iki gün öncə Donbas istiqamətində gedən döyüşlər zamanı dünyasını dəyişib.
Əslən Azərbaycanın Mingəçevir şəhərindən olan İ.Hacıyev Ukraynanın Vinnitsa şəhərində yaşayıb.