Bia.Az

Gəncədə polis Vətən müharibəsi iştirakçısını maşınla vurub öldürdü – YENİLƏNİB

Hadisə
 4-03-2023, 14:29     216

Gəncədə avtomobillə piyadanı vurub öldürən polis əməkdaşı imiş.

Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə şəhər Dəmir yolu Xətt Polis Şöbəsinin əməkdaşı Xəyal Yolçuyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olan zaman 2002-ci il təvəllüdlü Vətən müharibəsi iştirakçısı Şəhriyar Məmmədovu vurub və nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Xəyal Yolçuyev ötən gün Gəncə şəhərində toy məclisində iştirak edib.
Tural Əhmədov
***
09:09
Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Samux rayon sakini Xəyal Yolçuyev idarə etdiyi VAZ  2107 markalı avtomobil ilə yolu keçmək istəyən piyada, 2002-ci il təvəllüdlü, Vətən Müharibəsi iştirakçısı, Şəhriyar Məmmədovu vurmuş və nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.скачать dle 12.1