Bia.Az

Hacı Şahinin dəfn yeri AÇIQLANDI

Hadisə
 2-03-2023, 11:43     182

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu gün səhər saatlarında dünyasını dəyişən tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənlinin ölümü ilə bağlı açıqlama verib.
 
Sfera.az xəbər verir ki, QMİ-nin Mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova “Qafqazinfo”ya bildirib ki, Hacı Şahinlə vida mərasimi uzun müddət fəaliyyət göstərdiyi Məşədi Dadaş Məscidində keçiriləcək.
 
R.Dadaşovanın sözlərinə görə, Hacı Şahin Həsənlinin uzunsürən xəstəliyi olmayıb: “Dəfn yeri isə ailəsinin qərarına əsasən müəyyən ediləcək”.
 
***
 
Hacı Şahin Həsənli Yasamal qəbiristanlığının yeni hissəsində dəfn olunacaq. Dəfn mərasimi bu gün saat 14:00-da keçiriləcək.скачать dle 12.1