Bia.Az

BDU-nun Astrofizika kafedrası: 27 fevral-01 mart tarixlərində maqnit qasırğası gözlənilir

Hadisə
 27-02-2023, 15:06     218

24-25 fevral tarixlərində Günəş səthində baş vermiş alışmalar hesabına yaranan Tac Kütlə Atılmasının (Coronal Mass Ejection – CME) fevralın 27-də Yerə çatacağı və onun təsirinin fevralın 28-dək davam edəcəyi proqnozlaşdırılır. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, fevralın 24-də baş vermiş CME-nin təsirindən fevralın 27-də Yerdə geomaqnit sahə G2 (orta) qasırğa səviyyəsinə yüksələcək. Fevralın 28-də bu təsirin saxlanacağı, martın 1-də isə geomaqnit sahənin qeyri stabil-aktiv səviyyədə olacağı, bəzi saatlarda G3 (güclü) səviyyəsinə yüksələcəyi proqnozlaşdırılır.

Fevralın 27-si üçün Günəşdə alışmaların başvermə ehtimalı C sinif (Yerə təsir edə bilməyən) alışmalar üçün 99%, M sinif (zəif və az təsirli olaraq radiodalğaların yayılmasını əngəlləyən) alışmalar üçün 65% və X sinif (güclü) alışmalar üçün isə 15% -dir.

Geomaqnit qasırğası risk qrupuna daxil olan xroniki xəstələr, yaşlı insanlar və uşaqların səhhətində narahatlıq-diskomfort hissi yarada bilər. Meteohəssas insanlara həkimlərin məsləhəti ilə profilaktik tədbirlər görmələri tövsiyə olunur.скачать dle 12.1