Türkiyədə yenidən güclü zəlzələ oldu

Türkiyənin Niğdə vilayətinin Bor rayonunda 5,3 bal gücündə zəlzələ olub.
Axar.az xəbər verir ki, məlumatı AFAD yayıb.
Zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Qeyd edək ki, bu gün Qəhrəmanmaraş vilayətində saat 11:25-də dərinliyi 7 km olan 3,5 bal gücündə zəlzələ olmuşdu.