Rusiyada da güclü zəlzələ oldu
Rusiyanın İrkutsk vilayətinin Nijneudinski rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.
Yenipress.az APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş İdarəsinin mətbuat xidməti episentrdə təkanın gücünün 6,3 bal olduğunu bildriib.
Tələfat və dağıntı yoxdur.
“İrkutsk vilayətində saat 07:06-da (Bakı vaxtı ilə 03:06) Alıqdjer kəndindən 21 kilometr aralıda yerləşən Nijneudinski rayonunda seysmik hadisə qeydə alınıb. Episentrdə 6,3 bal. Tələfat və dağıntı yoxdur. İnfrastruktur obyektləri normal işləyir”, - deyə məlumatda bildirilir.
Seysmoloqların məlumatına görə, maqnituda 4,5 olub.
Nijneudinski rayonu İrkutsk vilayətinin qərbində, Tıva Respublikası və Krasnoyarsk diyarı ilə sərhəddə yerləşir.