Bia.Az

Siyəzəndəki qəzada 2 müəllim ölüb, 5-i... - Nazirlik

Hadisə
 17-02-2023, 13:33     210

Elm və Təhsil Nazirliyi Siyəzəndə yol qəzasında ölən və xəsarət almış müəllimlərlə bağlı məlumat yayıb.

Nazirlikdən Axar.az-a bildirilib ki, bu gün səhər saatlarında Siyəzən rayonunun Məşrif, Dağquşçu və Qozağacı kənd məktəblərində işləyən 7 müəllim qəzaya düşüb.

"Onlardan 2 nəfəri hadisə yerində dünyasını dəyişib. Digər 5 müəllimimiz isə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Qəza nəticəsində dünyasını dəyişən Siyəzən rayonu Məşrif kənd tam orta məktəbinin müəllimləri – Aygün İsmayılova və Aygün Vəliyevanın vəfatından kədərləndiyimizi bildirir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət etsin! Yaralı müəllimlərimizə isə şəfa diləyirik!", - deyə məlumatda qeyd olunub.скачать dle 12.1