Bia.Az

Azərbaycanda dəhşətli qəza: ölənlər və yaralananlar var

Hadisə
 17-02-2023, 10:07     238

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 8 nəfər TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Bu barədə Globalinfo.az-a qurumdan bildirilib.

Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi Reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə Təcili tibbi yardım bölməsində davam etdirilir.

X X X

Siyəzəndə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
Bu barədə Globalinfo.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Hadisə Bakı-Quba yolunun 99-cu km-də qeydə alınıb. “Mercedes Vita” markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqmətdə hərəkətdə olan “Opel” markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Hadisə nəticəsində “Mercedes”də olan sərnişinlərdən 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1