Bia.Az

Keşlədə kütləvi dava - İki nəfər qətlə yetirildi

Hadisə
 11-02-2023, 15:04     274

Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində iki nəfərin bıçaqlanması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Yenipress.az-a bildirilib ki, fevralın 11-də saat 02 radələrində qəsəbə sakini əvvəllər məhkum olunan 1986-cı il təvəllüdlü Rauf Hüseynov münaqişə zəminində əvvəllər məhkum olunan, 1988-ci il təvəllüdlü Xəyal Rəhimov və 2000-ci il təvəllüdlü İlkin Rzayevə bıçaq xəsarətləri yetirib. İ. Rzayev hadisə yerində ölüb, X.Rəhimov xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən R. Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.


Araşdırmalar davam etdirilir.скачать dle 12.1