Bia.Az

AZAL-ın vəzifəli şəxsi evin qarajında özünü buna görə asdı – SENSASİON SƏBƏB

Hadisə
 29-01-2023, 13:50     218

AZAL Hava Yolları Dövlət Konserni QSC-nin Yükdaşıma Xidmətinin şöbə müdiri olan Elxan adlı şəxsin Əmircandakı bağ evində intihar etməsi haqda xəbər yayılıb.

Globalinfo.az Vətəninfo.az-a istinadla xəbər verir ki, hadisə günü saat 11-dək işdə olan şöbə müdirini sürücüsü evə aparıb.

Təxminən saat 13 radələrində şöbə müdiri evinin qarajında  ailə üzvləri tərəfindən asılmış vəziyyətdə tapılıb.

Özəl mənbə Vətəninfo.az-a deyib ki, şöbə müdirinin intiharına səbəb Yükdaşıma Xidmətində baş verən yeyinti və bir müddətdir bu xidmətdə aparılan  ciddi yoxlamalardır.

Məlumata görə, ötən gün Yükdaşıma Xidmətinin daha bir işçisi intihar edib. Mənbəmiz bildirir ki, dünən intihar edən işçi də şöbə müdirinə yaxın şəxs olub.скачать dle 12.1