Bia.Az

"KamAZ" qaz təsərrüfatına zərər vurub

Hadisə
 14-04-2020, 15:00     344

"KamAZ" qaz təsərrüfatına zərər vurubBu gün saat 11:00 radələrində Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi döngə-1 ünvanında baş verən avtomobil qəzası zamanı “Azəriqaz” İstehsalat Birliyinin balansında olan qaz xətti və qaz tənzimləyici şkafa ciddi zərər dəyib.

Bu barədə “bia.az”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Mənzil İstismar Sahələrindən birinə məxsus məişət tullantılarının daşınması ilə məşğul olan Kamaz markalı yük avtomobili idarəetmədən çıxaraq qaz tənzimləyici şkafa çırpılıb və qurğunu yararsız hala salıb.

Bundan başqa 108 mm diametrində olan qaz xətti və 7 ədəd qaz sayğacı zədələnib. Təhlükəsizlik tədbirləri olaraq 100-ə yaxın abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.скачать dle 12.1