Bia.Az

"Qonaqlıqlar verib, qarşılığında intim münasibətdə olurmuş" - VİDEO

Hadisə
 24-01-2023, 11:05     25

Bakıda restoranlardan birində yemək yeyən müştərilər hesabı ödəmədən pəncərədən qaçıb.


Yenilik.az xəbər verir ki, misli görünməmiş hadisə paytaxtın Xətai rayonunda yerləşən restoranlardan birində qeydə alınıb.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə yanlarında azyaşlı olan kişi və qadının restorana girməsi və bir müddət sonra pəncərədən çıxaraq qaçmaları əks olunub.

Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə obyektinə çevrilib. İlkin məlumata görə, restoran sahibi faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. 

Bakıda restoranda yeyib-içib pəncərədən qaçan müştərilərin kimliyi məlum olub.

Ailəvi şəkildə restorana gəldiyi deyilən şəxslər 100 manatdan çox sifariş verərək yeyib içiblər. Sonradan oğlan məkanın pəncərəsindən çıxaraq qaçıb. Qadın və uşaq isə qapıdan çıxıblar. Bütün bunlar kameraya düşüb. 
Restoranın icarədarı bildirib ki, pəncərədən qaçan kişi tapılıb.

"Başqa restoranlar da gəlib hesabları həmin şəxsdən alıblar. Ailə deyilmişlər. Oğlan həftədə bir dəfə gəlinlə tanış olurmuş. Milyonerlər kimi güclü qonaqlıqlar verib, qarşılığında intim münasibətdə olurmuş", - deyə o bildirib.

скачать dle 12.1