Bia.Az

Ağsu sakini özünü asaraq ölüb

Hadisə
 22-01-2023, 01:21     232

Ağsu sakini özünü asaraq ölüb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Musabəyli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1963-cü il təvəllüdlü Qədirov Vaqif Ağası oğlu özünü yaşadığı evdə asaraq intihar edib. Dərhal hadisə yerinə rayonun hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

Vaqif Qədirovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertizası və Patoloji Anatomoya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, intihar edən şəxsin ruhi xəstə olduğu bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1