Bia.Az

Şəhidlər Xiyabanında qarışıqlıq yaratmaq istəyən həbs olundu

Hadisə
 21-01-2023, 12:09     216

Ötən gün Şəhidlər Xiyabanında qarışıqlıq yaratmağa cəhd göstərən şəxs həbs olunub.

Axar.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

Onun sözlərinə görə, yanvarın 20-də Şəhidlər xiyabanında bir qrup şəxs ziyarətçilər üçün əvvəlcədən təşkil olunmuş növbəlilik prinsipini pozmaqla orada qarışıqlıq yaratmağa cəhd göstərib.

 Cəhdin qarşısı alınıb və onlardan biri - Anar Hüseynov polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə saxlanılıb və inzibati qaydada həbs olunub.скачать dle 12.1