Bia.Az

67 yaşlı qadın öldürüldü: əri saxlanıldı - DİN

Hadisə
 15-01-2023, 20:29     224

Ağcabədidə 67 yaşlı qadın qətlə yetirilib, şübhəli şəxs kimi əri axtarışa verilib.

DİN-in Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, yanvarın 15-də saat 17 radələrində Ağcabədi rayonunda 1956-cı il təvəllüdlü Güldəstə Mehdiyevanın kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla cinayət əməlini onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Əliyar Mehdiyevin törətməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub.

Polis əməkdaşları tərəfindən Ə.Mehdiyevin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

***

Ağcabədidə 67 yaşlı qadın qətlə yetirilib, şübhəli şəxs kimi əri saxlanılıb.

Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşları tərəfindən Ə.Mehdiyev tədbirlərlə saxlanılıb.

Araşdırma aparılır.скачать dle 12.1