Bia.Az

Ağsu dolaylarında yağan qar fəsadsız ötüşməyib - FOTO

Hadisə
 8-01-2023, 15:42     235

Ağsu dolaylarında yağan qar fəsadsız ötüşməyib. ”Report”un məlumatına görə, bəzi kiçiktutumlu avtomobillər hərəkət zamanı sürüşərək yolda qalıblar.

Hazırda yolların qardan təmizlənməsi məqsədilə 4 nömrəli Magistral Yolları İstismarı MMC-nin ağır texnikaları və canlı qüvvəsi əraziyə cəlb olunub və yollara duz, qum səpərək dolaylarda avtomobillərin intensiv hərəkətinin tənzimlənməsi işlərini həyata keçirirlər.
MMC-nin sahə rəisi Eldar İsrafilov sürücülərə təhlükəsizlik məqsədilə axşam saatlarında alternativ yollardan, eləcə də Bakı-Qazax yolundan istifadə etməyi məsləhət görür.

Sahə rəisi onu da bildirib ki, Ağsu dolaylarında axşama doğru yolların buz bağlaması istisna olunmur. Sürücülərə bir müddət Ağsu-Kürdəmir yolundan istifadə etmək məqbul sayılır.

Sahə rəisi onu da bildirib ki, Ağsu dolaylarında axşama doğru yolların buz bağlaması istisna olunmur. Sürücülərə bir müddət Ağsu-Kürdəmir yolundan istifadə etmək məqbul sayılır.
скачать dle 12.1