Bia.Az

Azərbaycanda aprelin ilk 10 günündə 28 yol qəzası olub, 12 nəfər ölüb - RƏSMİ

Hadisə
 11-04-2020, 14:09     47

Azərbaycanda aprelin ilk 10 günündə 28 yol qəzası olub, 12 nəfər ölüb - RƏSMİ“Aprelin 1-dən 10-na qədər respublika ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrində 12 nəfər ölüb”.

Bu barədə bia.az-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

O bildirib ki, aprelin 1-dən 10-na qədər respublika ərazisində 28 yol-nəqliyyat hadisəsi qeydə alınıb:

“Qəzalarda 12 nəfər ölüb, 26 nəfər yaralanıb. Bu hadisələrin altısı Bakı şəhəri ərazisində qeydə alınıb ki, nəticədə, iki nəfər ölüb, dörd nəfər yaralanıb.

11 yol-nəqliyyat hadisəsi isə respublikanın müxtəlif rayonlarında baş verib. Həmin qəzalarda beş nəfər ölüb, 13 nəfər yaralanıb.

Daha 11 yol-nəqliyyat hadisəsi respublikanın rayonlararası yollarında qeydə alınıb. Bu qəzalarda beş nəfər ölüb, doqquz nəfər yaralanıb”.скачать dle 12.1