Bia.Az

Azərbaycanlı müğənni Rusiyada faciəvi şəkildə öldü - VİDEO

Hadisə
 20-12-2022, 14:21     242

Reyhan adlı azərbaycanlı müğənni Rusiyada avtomobil qəzasında dünyasını dəyişib.

Bakupost.az xəbər verir ki, aparıcı və aktyor Sərxan Kərəmoğlu Bizim.Media-ya açıqlamasında qəzanın dekabrın 19-dan 20-nə keçən gecə Rusiyanın vilayətlərinin birində baş verdiyini bildirib.

“Avtomobildə Reyhan xanım və üç musiqiçi olub. Onlar toydan qayıdarkən avtomobil qəzasına düşüblər. Musiqiçilər sağ qalsa da, Reyhan xanım aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

O, 30 ildir ki, Moksvada yaşayırdı. Əslən Yevlaxdandır. Çox gözəl müğənni idi. Ailəsinə və yaxınlarına səbr diləyirəm. Allah rəhmət eləsin”, - deyə S.Kərəmoğlu vurğulayıb.




скачать dle 12.1