Sabunçu rayonunda xəsarətlə nəticələnən yol qəzası oldu
Bakıda yol qəzası olub.
“bia.az”in məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Bakıxanov qəsəbəsində baş verən hadisə zamanı 1989-cu il təvəllüdlü İsmayılov Əliağa Akif oğlu ağır bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli travması diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.