Bia.Az

Bəxtiyar Hacıyev saxlanıldı - Məhkəməyə aparılır (YENİLƏNİB)

Hadisə
 9-12-2022, 15:08     266

Vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır.

Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, barəsində qətimkan tədbiri seçilmək üçün o, bu gün məhkəməyə göndərilib.

***
Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat yayıb.

O bildirib ki, Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib:

“Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə aparılır”.


İlkin məlumata görə, B.Hacıyevin saxlanması Ülviyyə Alovlu kimi tanınan jurnalistlə münaqişəsinə görədir.скачать dle 12.1