Bia.Az

Türkiyədə güclü zəlzələ: yaralananların sayı artdı

Hadisə
 23-11-2022, 12:38     222

Türkiyənin İstanbul şəhəri yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təkan yerli vaxtla saat 04:08-də (Bakı vaxtı ilə 05:08) qeydə alınıb. Nəticədə 35 nəfər yaralanıb.

Zəlzələnin episentri Düzce rayonunda, ocağı isə 6,8 km dərinlikdə yerləşib. Zəlzələ Türkiyənin İstanbul və Ankara şəhərləri daxil olmaqla şimal-qərbində hiss olunub.

***

Düzce rayonunda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 46-ya yüksəlib.
Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

***

Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 50-yə çatıb.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.скачать dle 12.1