Bia.Az

Kürdəmirdə 16 yaşlı qızı nişanlayıblar: - "Məktəbdə başqa nişanlı qızlar da var"

Hadisə
 17-11-2022, 12:06     223

“Kürdəmir rayonu Siyavuş Dəmirov adına Karrar kənd orta məktəbinin 11-ci sinif şagirdini nişanlayıblar”.

 Bu barədə Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.


“Dədəsi deyib ki, onsuz da oxutmağa imkanım olmayacaq. Amma kreditə, borca cehiz alır. Məndə olan məlumata görə, həmin məktəbdə başqa nişanlı qızlar da var”, - paylaşımda bildirilib.


Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov Yeniavaz.com-a bildirib ki, faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunur:


“Polis əməkdaşları məktəblinin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması məlum olub. Valideynləri isə ailə daxilində kiçik bir mərasimin keçirildiyini səmimi etiraf edərək, övladlarının hal-hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyini bildiriblər”.
скачать dle 12.1