Bia.Az

İSTANBULDA TERRORU TÖRƏDƏN XAİN BELƏ SAXLANILDI - Fotolar + VİDEO (Yenilənib)

Hadisə
 14-11-2022, 18:47     314

İstanbulda baş verən partlayışla əlaqədər saxlanılan şəxsin kimliyi məlum olub və o, PKK ilə əlaqəsi olduğunu etiraf edib.

Türkiyə mediası xəbər verir ki, bu barədə İstanbul polis idarəsindən bildirilib.

Vurğulanıb ki, Ahlam Albashır Suriya əsillidir.

Qeyd edək ki, dünən İstanbulda baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

***

Ötən gün İstanbulun Taksim meydanı İstiqlal küçəsində partlayışı törətməkdə şübhəli bilinən qadının hadisə yerindən uzaqlaşması anları qeydə alınıb.

Adı açıqlanmayan qadının hadisə yerinə partlayıcı maddə qoyaraq uzaqlaşdığı müəyyən edilib.

Həmin şəxs daha sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ümumilikdə hadisə ilə əlaqədar 22 nəfər saxlanılıb.

Xatırladaq ki, ötən gün axşam saatlarında Taksim meydanında partlayış törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.







скачать dle 12.1