Bia.Az

Rəşad Dağlının öldürdüyü şəxs Ələkbər Yasamallının qohumu imiş - YENİLƏNDİ

Hadisə
 9-11-2022, 11:42     227

Meyxanaçı Rəşad Dağlının qonşusunu qətlə yetirməsi ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, meyxanaçının qətlə yetirdiyi qonşusu İskəndər Mehdiyev digər məşhur meyxanaçı Ələkbər Yasamallının əmisi oğludur. Həmçinin mərhumun da meyxanaçı olduğu deyilir.
Qətlin söyüş üstündə baş verməsi iddia olunur. Belə ki, İ. Mehdiyev qonşusu Rəşad Dağlının arxasınca söyüş söyüb. Bunu eşidən meyxanaçı da onu görüşə çağırıb. Nəticədə mübahisə zamanı Rəşad Dağlı qonşusunu bıçaqlayaraq, onu həyatdan məhrum edib.

Hazırda araşdırmalar davam edir.

****

Rəşad Dağlı kimi tanınan məşhur meyxanaçı qonşusunu qətlə yetirib.

APA xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Belə ki, Lökbatan dairəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.

R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib.
Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb.
Faktı APA-ya DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.скачать dle 12.1