Bia.Az

Bakıda mağazada oğurluğa cəhd göstərildi - VİDEO

Hadisə
 7-04-2020, 11:23     49

Bakıda mağazada oğurluğa cəhd göstərildi - VİDEOBakıda mağazada oğurluğa cəhd göstərən şəxs saxlanılıb.

"bia.az" xəbər verir ki, hadisə ötən gün axşam saatlarında paytaxtın Nizami rayonu, Babək prospektilə Qafqaz küçəsinin kəsişməsində yerləşən mağazalardan birində qeydə alınıb.

Belə ki, Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının operativ tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhəri Nərimanov rayon sakini, 1998-ci il təvəllüdlü E.Qədirov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1