Arif Hacılı polis idarəsinə aparıldı - Qardaşından açıqlama

"Müsavat başanı Arif Hacılı bu gün saat 14:30 radələrində öz evinin yaxınlığında "maşınla qoşa xətti keçmisən" bəhanəsi ilə polis idarəsinə aparılıb".
"AzPolitika.info" xəbər verir ki, bu barədə partiya sədrinin qardaşı Mustafa Hacıbəyli "Feysbuk" səhifəsində məlumat paylaşıb.
O bildirib ki, A.Hacılı saxlanılarkən xanımı da yanında olub, partiya sədri polis əməkdaşlarının kobudluğu ilə üzləşib.