Bia.Az

Bakıda yaşayış binasında partlayış - Xəsarət alan var

Hadisə
 25-10-2022, 14:39     248

Bakıda yaşayış binasında partlayış baş verib.

Musavat.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, rayon ərazisində yerləşən yaşayış binalarının birinin 4-cü mərtəbəsində qaz sızmasından partlayış olub. Nəticədə mənzilin sahibi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə dərhal müvafiq dövlət qurumlarının əməkdaşkarı cəlb olunub. Polis əməkdaşlarının köməyi ilə ev sahibi dərhal xəstəxanaya çatdırılıb və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1