Bia.Az

“TÜRKİYƏ MÜHARİBƏYƏ QOŞULACAQ, İSRAİL ZƏRBƏ ENDİRƏCƏK...” – Azərbaycana hücum edərsə, İranı nələr gözləyir?

Gündəm
 19-10-2022, 11:31     211

Bu gündən başlayaraq SEPAH Azərbaycan və Ermənistan sərhədində təlimlərə başlayıb. Təlimlər İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin şimalında Ordubad rayonu ilə sərhəd bölgəsini, bütün İran-Ermənistan sərhədini və Azərbaycanın Zəngilan rayonu ilə sərhədini əhatə edir. Bu barədə yayılan rəsmi məlumatda bildirilir ki, 50 minədək hərbçinin cəlb olunduğu təlimlərdə pilotsuz uçuş aparatlarından istifadə, Araz çayı üzərindən ponton keçidlərinin yaradılması, artilleriya, aviasiya hücumlarının həyata keçirilməsi məşq ediləcək.

Politoloq Fərhad Məmmədov bildirir ki, İranın sərhəddəki manevrləri heç bir şəkildə müdafiə deyil, hücum təlimləridir. Onun sözlərinə görə, təlimlərin keçirildiyi yerdən də göründüyü kimi, Azərbaycana və ya Ermənistana hücum ehtimalı nəzərdən keçirilir. Ekspert hər iki hücum barədə nəzəri fikirləri açıqlayıb:
"Azərbaycana hücum: 
Zəngilandan Füzuliyə qədər olan ərazidə əhali məskunlaşmasa da, ən çox hərbiləşdirilmiş ərazilərdir. Naxçıvanda isə vəziyyət başqadır - ərazi məskunlaşıb, həm də hərbiləşib. Yəni İran Silahlı Qüvvələri hücum edərsə, çətinliklə irəliləyəcək. Bakıya yaxın neft infrastrukturuna zərbələr ola bilər, sərhədin digər hissələrinə də zərbələr endirilə bilər...
Bir şey aydındır ki, Azərbaycan zərbələrə tab gətirəcək və sərhədin bütün perimetri boyunca müqavimət göstərəcək. Xoşbəxtlikdən, əldə olunan yeni silahlar və Silahlı Qüvvələrin şəxsi heyəti döyüş əməliyyatlarından keçirilib, Ermənistanın Qarabağdakı bütün hərbi infrastrukturunu məhv edib, orada mövcud olan bir neçə hərbi birləşmənin əlində heç nə qalmayıb.
Hücuma necə və harada cavab verəcəyik?
- İranda yaşayan azərbaycanlıların fəallaşdırılması, yəni düşmən cəbhəsinin içində fəaliyyət sistemli xarakter daşıyacaq. Bu, Azərbaycandakı İran proksiləri deyil ki, 24 saat ərzində hamısını zərərsizləşdirmək mümkün olsun. Azərbaycanlılar orada sayı milyonlarla olan insan kütləsidir. İran rejiminin onlara qarşı apardığı “Sionist satanistlər” nağılları təbii ki, işləməyəcək.

Türkiyə 24 saat ərzində İran-Türkiyə sərhədinin bütün perimetri boyunca və Naxçıvan istiqamətində müharibəyə qoşulacaq. Naxçıvanın Azərbaycanın əsas ərazisinə birləşdirilməsi ekzistensial zərurətə çevriləcək;
Britaniyanın BMT Təhlükəsizlik Şurasında dəstəyi diplomatik üstünlüyü saxlamaqda və silah təminatının həyata keçirilməsində mühüm vasitə olacaq;
- Logistika ilə bağlı heç bir problem olmayacaq - Gürcüstan hava məkanını açmaqla Azərbaycana dəstək verəcək;
- İsrail Azərbaycanın hava məkanından istifadə etməklə İranın kritik infrastrukturuna hücum etmək fürsətini əldən verməyəcək. Açıq təcavüz baş verəcəksə, Bakı 30 ildir vermədiklərini İsrailə verəcək;
Səudiyyə Ərəbistanı ilə Pakistanın səylərini birləşdirmək olar. Onlar da İran sərhədlərinə ordu toplayıb, onun qüvvələrini parçalaya bilər.
Müharibənin iki həftəsində vəziyyət təxminən belə olacaq. Yəni Azərbaycana qarşı təcavüzə İranın sərhədlərində yerləşən dövlətlərin koalisiyasından cavab veriləcək.
Ermənistana hücum, yaxud müqavimətlə üzləşmədən Ermənistan ərazisinə daxil olmaq:
Rusiyanın məhdud resursları şəraitində Ermənistan Qərbə doğru sürüklənməyə cəhd edir. Bununla regionda geosiyasi tarazlığı dəyişir. İran son bir ayda Ukraynada Rusiyaya dəstək verməyə tələsib, Cənubi Qafqazda da dəstək verməyə hazırlaşır. Paşinyana etibar yoxdur, sonuncunun Rusiyaya münasibəti İran rəhbərliyi üçün də çox şey deyir. Qərb qüvvələrinin İran sərhədində görünməsi məsələsi də İran mollaktrasiyasını hərəkətə gətirir.
Eyni zamanda İranla sərhəddə rusiyalı sərhədçilər var ki, onlar İranın sərhədi keçib Zəngəzurda yerləşməsinə kömək edə bilərlər. Bütün bunlar Ermənistanda daxili qeyri-sabitliyi daha da alovlandıra bilər. Eks-prezident Robert Köçəryanın son çıxışında Tehrana yaltaqlanması təsadüfi deyil. Yəni Ermənistanda daxili qeyri-sabitlik məhdud rusiyapərəst dəstəyi olan proksilər tərəfindən qızışdırıla bilər.
İran hücum edərsə, Ermənistana kim silah verəcək? Hər halda bu da ritorik sualdır...
İranın güc nümayişi regiona bütün digər təsir formalarının zəifliyinin göstəricisidir. İran region, hətta Ermənistan üçün qətiyyən cəlbedici dövlət deyil...""/AzPolitika.info"/скачать dle 12.1