Bia.Az

UKRAYNAYA KÜTLƏVİ DRON HÜCUMUNUN SİRRİ... - "Putin Hitlerin taktikasından istifadə edir"

Gündəm
 18-10-2022, 01:23     224

"Hazırda Ukrayna səmasında gecə-gündüz hava döyüşləri gedir. Rusiya Hərbi Hava-Kosmik Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Surovikinin Ukraynadakı ordusuna komandan təyin edilməsindən sonra təcavüzkarlar Ukraynanın hava hücumundan müdafiə sistemlərini (HHMS) və aviasiyasını məhv etmək üçün bütün imkanlarını səfərbər ediblər".

"AzPolitika.info" xəbər verir ki, bunu tanınmış ukraynalı hərbi bloger Yuri Butusov "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, müharibənin ilk günündən ruslar bu vəzifəni həll etməyə çalışırdılar, lakin Ukrayna Silahlı Qüvvələrinin HHMS işğalçıları məğlub etməkdə davam edir. Buna görə də indi Rusiyanın hava əməliyyatının yeni istiqamətləri ortaya çıxıb:

Ukraynanın müxtəlif şəhərlərinə zərbələr endirmək üçün əvvəlcə hava hücumundan müdafiə vasitələrini dağıtmaq və onların fəaliyyət göstərdiyi yerləri aşkar etmək məqsədi ilə İranın “Şahed-136” pilotsuz təyyarələrindən istifadə edilir.
"Şahed" kütləvi şəkildə istifadə olunması müxtəlif ərazilərdə Ukrayna HHMS-nin daimi yüklənməsi məqsədi daşıyır. Buna görə də hücumlar hər gün kiçik qruplar şəklində, fasiləsiz həyata keçirilir;
Mülki əhalinin düşmənə müqavimət iradəsini sındırmaq və Ukrayna komandanlığının diqqətini hava hücumundan müdafiə vasitələrini qorumağa yönəltmək məqsədi ilə şəhərlərə, yaşayış binalarına, həyat təminatı obyektlərinə və mühüm infrastruktur obyektlərinə, sənaye müəssisələrinə terror hücumları həyata keçirilir. Çalışırlar ki, Ukrayna Silahlı Qüvvələri HHMS-ləri cəbhədən arxa bölgələrə çəkməyə məcbur olsun. Putin Ukraynaya qarşı əməliyyatlarda Hitlerin İkinci Dünya Müharibəsindəki taktikasından istifadə edir. O zaman nasistlər Britaniyada döyüşlər zamanı hava hücumundan müdafiə qüvvələrini gərgin vəziyyətdə saxlamaq üçün şəhərlərə, mülki hədəflərə zərbələr endirirdi;
Rusiya komandanlığı radioelektron, kosmik, kəşfiyyat və əlavə zərbə qruplarının işini asanlaşdırmaq üçün Ukraynanın hava hücumundan müdafiə sistemlərini daim fəaliyyət göstərməyə, özünü bəlli etməyə, radarları işə salmağa, qüvvələri səpələməyə məcbur etməyə çalışır;
Müəyyən istiqamətlərdəki taktiki zonada hərbi hava hücumundan müdafiə vasitələrinin aşkarlanması və məhv edilməsi üçün kəşfiyyat və pilotsuz hücum təyyarələri qrupları cəmləşdirilir. Düşmən bəzi istiqamətlərdə 30-40 km dərinlikdə HHMS-lərimizi istər fəaliyyət göstərdiyi yerdə, istərsə də HHM-lər olmayan yerlərdə pilotsuz uçuş aparatları, o cümlədən “Lancet-3” kamikadze-hücum dronları ilə axtarmağa başlayıb;
Ukrayna aviasiyasının hərəkət zonaları yaxınlığında havada uzaqmənzilli raketləri olan MiQ-31 qırıcıları növbə ilə keçik çəkir".



Butusov qeyd edir ki, düşmənin bu planlarının qarşsını almaq üçün Ukrayna tədbirlər görməlidr:

"Hazırda zenit silahlarının tədarükü əsas prioritetdir ki, bu da yalnız NATO müttəfiqlərimizin təchizatları hesabına mümkündür. Ukraynaya hava hücumundan müdafiə sistemlərinin sürətli tədarükü lazımdır. Bu vasitələr böyük sayda "Patriot" və "Avenger" HHM-ləri olan ABŞ Silahlı Qüvvələrinin ehtiyatlarından verilə bilər;
Havada döyüşmək və müasir hava-hava raketlərindən istifadə üçün Ukraynaya “F-16” təyyarələri lazımdır. Dronlarla mübarizə aparmaq üçün müttəfiqlər Ukraynanı "Shahed-136" tipli hədəfləri vura bilən "Embraer SuperTukano" kimi yüngül rotorlu gəmilər verə bilər. Belə təyyarələr vaxtı ilə Əfqanıstana verilirdi;
Hava sahəsinə nəzarət uğrunda döyüş Rusiya Silahlı Qüvvələrinin strateji hücum əməliyyatı üçün əsas hədəfdir. Bütün əlamətlərə görə, Rusiya komandanlığı Ukraynanın hücumunu dayandırmaq və strateji təşəbbüsü ələ keçirmək üçün ciddi hazırlığa başlayıb;
Rusların hava hücumundan müdafiə olunmaq və HHMS qüvvələrimizə zərbə vurmaması da ciddi səylər tələb edir. Məxfi fəaliyyətin təmin olunması, manevr, sağ qalma imkanlarını gücləndirmək üçün kamuflyaj vasitələri, simulyasiya edilmiş silah modelləri, nəqliyyat, bazaların mühəndis təminatı ilə hava hücumundan müdafiəni gücləndirə bilərik;
Rusiya faktiki olaraq əhalinin və iqtisadiyyatın ümumi səfərbərliyini aparır və nəyin bahasına olursa-olsun Ukraynanı məğlub etməyə çalışır. Müharibə uzun olacaq, ona görə də bizə uzunmüddətli müdafiə planlaması, prioritetləri təyin etməyə və əvvəlcədən hərəkət etməyə imkan verən strategiya lazımdır;

Ən çətini odur, biz qəbul etməliyik ki, hava hücumundan müdafiə sistemi bütün mülki obyektləri rus terrorçularının zərbələrindən qoruya bilməyəcək. İkinci Dünya Müharibəsi zamanı Hitlerin bombardmanlarından əziyyət çəkən Londonun və Britaniyanın bir çox başqa şəhərlərinin sakinləri kimi, bu daimi zərbələr altında yaşamağa öyrənməli olacağıq. Biz o dəhşətli dövrdə demokratik dövlətlərin bacardığı kimi ayağa qalxıb düşmənə qalib gələcəyik".скачать dle 12.1